Azərbaycan tərəfindən Türk Dövlətləri Təşkilatına üzv ölkələrə yatırılan sərmayələrin həcmi 21 milyard ABŞ dollarına yaxındır.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.
Əli Əsədov deyib ki, iqtisadi əlaqələrimizin dinamikası məmnunluq doğurur: “Cari ilin yanvar-iyul aylarında bizim TDT dövlətləri ilə ticarət əlaqələrimiz 8 faizdən çox artıb. Azərbaycan tərəfindən təşkilatın üzv ölkələrinə yatırılan sərmayələrin həcmi 21 milyard ABŞ dollarına yaxındır. Üzv dövlətlərdən olan bir sıra tərəfdaşlarımızla biz birgə investisiya fondları yaratmışıq və bu, prioritet iqtisadi sektorlarına qarşılıqlı investisiyaların təşviqinə imkan verir”.