Türkiyəyə tədarük edilən Rusiya istehsalı olan S-400 zenit-raket kompleksləri Türkiyə ordusunda fəal şəkildə yerləşdirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr Ankarada jurnalistlərə açıqlamasında bildirib.
"S-400 hava hücumundan müdafiə sistemləri hələ də silahlı qüvvələrimizdə xidmətdədir. S-400 ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır", - rəsmilər vurğulayıb. Bu bəyanat Türkiyənin S-400-ləri Rusiyaya qaytarmağı və ya onları yenidən satmağı düşünə biləcəyi ilə bağlı mediada yayılan xəbərlərə cavab olaraq verilib.