EN

Vüqar Nadirov darmadağını belə şərh etdi

ain.az bildirir, Fanat portalına istinadən.

Futbol üzrə Azərbaycan 2-ci Liqasının 2-ci turunda "Dinamo"nu qəbul edən "Şəmkir" 3:0 hesablı darmadağınla 3 xalı hesabına yazdı. Ardıcıl ikinci qələbəsini qazanan qərb təmsilçisinin baş məşqçisi Vüqar Nadirovla əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini istədik.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusunun Fanat.Az-a açıqlaması belə oldu:

"Dinamo" artıq iki ildir ki, 2-ci Liqadadır. Əsasən gənc oyunçulardan qurulmuş komandadır. Yaxşı kollektivdir. Bir qədər təcrübəsizdirlər. O da zamanla düzələr. 3:0 hesablı qələbə qazansaq da, müəyyən səhvlərimiz də var idi. Komanda oyundan-oyuna "artırmaq" istəyir. Uşaqlar da sağ olsunlar, verilən tapşırıqları böyük həvəslə yerinə yetirirlər. Şəmkirlilərə bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Biz də hər oyuna istəklə, qələbə əzmi ilə və inztizamlı komanda kimi çıxaraq azarkeşlərimizi sevindirək".

Qeyd edək ki, "Şəmkir" növbəti turda "Quba"nın qonağı olacaq.

Nihat 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
fanat.az

2Sources