EN

Suriya XİN rəhbəri ABŞ-yə səfər etdi

BAKI, 18 sentyabr. TELEQRAF

Bu gün keçid hökumətinə daxil olan Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani sanksiyaların tam ləğvi ilə bağlı qanunvericilərlə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə "Al-Ikhbaria" məlumat yayıb.

Qeyd olunub ki, Suriya xarici işlər naziri amerikalı qanunvericilərlə keçirəcəyi görüşlərdə ölkəsinə qarşı qalan sanksiyaların ləğvi imkanlarını müzakirə etməyə ümid edir.

Bu, Suriya xarici işlər nazirinin 25 ildən artıq müddətdə Vaşinqtona ilk səfəri olacaq.

Əl-Şeybaninin sentyabrın 19-da ABŞ dövlət katibi Marko Rubio ilə görüşü nəzərdə tutulub.

Chosen
23
teleqraf.com

1Sources