Tanınmış aktrisa, məşhur komediya ustası Cem Yılmazın keçmiş həyat yoldaşı Ahu Yağtu səhhətində yaranan ciddi problem səbəbilə xəstəxanaya yerləşdirilib.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, aktrisa qəfil huşunu itirib və həkimlər tərəfindən aparılan müayinələrdən sonra ona beyin anevrizması diaqnozu qoyulub.
Ahu Yağtunun idarəetmə agentliyi məsələ ilə bağlı açıqlama verib:
“Dünən huşunu itirən Ahu Yağtu dərhal xəstəxanaya çatdırılıb və müalicəyə başlanılıb. Bütün analizlərdən sonra ona beyin anevrizması diaqnozu qoyuldu. Hazırda səhhəti yaxşıdır və müalicə davam etdirilir”.