EN

Bu il Formula 1 Azərbaycan Qran prisində fəaliyyət göstərəcək marşalların sayı açıqlanıb FOTOLAR

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

Sabah Bakıda start götürəcək Formula 1 Azərbaycan Qran-prisində 1 500-ə yaxın marşal fəaliyyət göstərəcək. Bakı Şəhər Halqasından SİA-ya verilən məlumata görə, marşallar bu gün səhər saatlarından etibarən Atletlər kəndində yerləşən düşərgələrindən tras ərazisinə yola düşüblər. Onlar artıq postlarına yerləşərək yarış günlərində qarşılaşa biləcəkləri bütün vəziyyətlərə hazırlaşırlar.

Marşallar müxtəlif funksional qruplara bölünür: yanğın marşalları, bayraq marşalları, “track” marşalları və digər dəstək komandaları. Hər bir qrupun özünəməxsus vəzifəsi var, amma hamısını birləşdirən əsas məqsəd azarkeşlər ilə pilotlar üçün təhlükəsiz və problemsiz yarış atmosferi yaratmaqdır.

Bu gün onlar tras boyunca gəzərək öz postları ilə tanış olub, təlimatlar alıb və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiblər. Hər bir marşalın rolu öncədən müəyyənləşdirilib və bütün fəaliyyətlər təhlükəsizliyin yüksək səviyyədə qorunmasına xidmət edir.

Formula 1 marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Onların əksəriyyəti Formula 1-ə olan böyük sevgi və həyəcanla bu prosesə qoşulur. Bir çox marşal üçün bu, peşəkar karyeradan çox, fədakarlığın və motorsporta bağlılığın göstəricisidir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi 2025 sentyabrın 19–dan 21-dək Bakı şəhərinin mərkəzi küçələrində keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
17
sia.az

10Sources