EN

Azərbaycan tərəfindən təşkilatın üzv ölkələrinə yatırılan sərmayələrin həcmi 21 milyard ABŞ dollarına yaxındır - Baş nazir

Bakı. Trend:

Azərbaycan tərəfindən təşkilatın üzv ölkələrinə yatırılansərmayələrin həcmi 21 milyard ABŞ dollarına yaxındır.

Trend xəbər verir ki, bunu Baş nazir Əli ƏsədovBişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının vəonların müavinlərinin ilk toplantısında bildirib.

O bildirib ki, üzv dövlətlərdən olan bir sıra tərəfdaşlarımızlabiz birgə investisiya fondları yaratmışıq və bu, prioritet iqtisadisektorlarına qarşılıqlı investisiyaların təşviqinə imkan verir:

"Nəqliyyat sahəsində əməkdaşlığımız artan xətlə inkişaf edir vəregional əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.

Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçündeyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələriningenişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizinönəmi getdikcə artmaqdadır.

Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan MuxtarRespublikası ilə birləşdirilməsi barədə bu yaxınlarda Vaşınqtondaəldə edilmiş razılaşmalar tarixi önəm kəsb edir.

Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeniiqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizəinteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq",-deyə Ə.Əsədov qeyd edib.

Məqalədə:
Chosen
24
5
az.trend.az

10Sources