EN

“Tanrıya” 100 gündən sonra doğum şəhadətnaməsini alıb

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Təbrizli Azərbaycan vətəndaşı Hadi Əlipurun ailəsi 100 gün davam edən hüquqi çəkişmədən sonra “Tanrıya” adına doğum şəhadətnaməsi ala bilib.

Gunaz.tv

Bu barədə uşağın atası Hadi Əlipur Balamın Adı kampaniyasına danışıb.

"Oğlumuz 2025-ci il iyunun 8-də dünyaya gəlib və biz ona Tanrıya adını seçdik. Tanrıya "Tanrıya doğru" və ya "Allah üçün" deməkdir. Lakin Təbrizdəki vətəndaşlıq qeydiyyatı rəsmiləri bildiriblər ki, bu ad türkcə olduğu və vətəndaşlıq qeydiyyatı ad sistemində olmadığı üçün seçilə bilməz. Biz adın mənasını, əhəmiyyətini nə qədər izah etsək də onlar buna əhəmiyyət vermədilər. Ona görə biz məsələ ilə bağlı məhkəməyə şikayət etdik. Nəhayət, avqustun 20-da Təbriz Sülh Məhkəməsinin altıncı şöbəsi Vətəndaşlıq Qeydiyyatı İdarəsini mühakimə etdi və ona “Tənriyə” üçün doğum haqqında şəhadətnamə verməyi əmr etdi." - Hadi Əlipu bəy bildirib.

Məhkəmə Vətəndaşlıq Qeydiyyatı İdarəsinin valideynlərin seçdiyi ada müdaxiləsini “qanunun ruhuna zidd” hesab edərək qeyd edib ki, “Vətəndaşlıq vəziyyəti aktları haqqında” Qanunun 20-ci maddəsinin 2-ci qeydinə əsasən, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanının vəzifəsi sadəcə qadağan olunmuş adların müəyyən edilməsidir.

Buna baxmayaraq, Təbriz Vətəndaşlıq Dairəsi Tehranla yazışma bəhanəsi ilə doğum haqqında şəhadətnamənin verilməsinə daha 29 gün maneçilik törətməkdə davam etdi və nəhayət, 100 gündən sonra “Tanrıya” adını qeydə aldı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
icma.az

2Sources