EN

Saxta bank əməkdaşlarına qarşı xəbərdarlıq Baş Prokurorluqdan tövsiyə

ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özlərini bank əməkdaşı kimi təqdim edən saxtakarlar vətəndaşların bank kodları və digər şəxsi məlumatlarını ələ keçirmək üçün zəng, lotereya və saxta endirim linkləri kimi fırıldaqçılıq üsullarından istifadə edirlər. Xüsusilə yaşlı və azyaşlı şəxslərin aldadılması halları daha çox müşahidə olunur.

Doğru.az xəbər verir ki, bunu Baş Prokurorluğun rəsmi İnstagram səhifəsindəki canlı yayım zamanı Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov bildirib.

O qeyd edib ki, Baş Prokurorluq bu məsələ ilə bağlı təhlillər aparır və Kibertəhlükəsizlik şöbəsi yaradılıb. Ceyhun Kazımov vətəndaşlara tövsiyə edib ki, bank məlumatlarını kənar şəxslərlə və ya tanımadıqları resurslarla paylaşmasınlar, tanımadıqları nömrələrdən gələn linklərə daxil olmasınlar və şübhəli zənglər barədə dərhal banklara və hüquq-mühafizə orqanlarına məlumat versinlər.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
dogru.az

10Sources