EN

Rəşad Sadıqov bu futbolçuları "Şamaxı"ya qarşı oynada bilməyəcək

Misli Premyer Liqasının 5-ci turunda "Şamaxı"nı qəbul edəcək "Zirə" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib.

"Komandada cəzalı oyunçu olmasa da, zədə səbəbindən bir neçə futbolçumuz "Qarabağ"a qarşı oynamayacaq. Diz bağları qopan və əməliyyat edilən Abdul Aziz Batibyenin durumu məlumdursa, Vinsent Till və Fuad Bayramov da zədəlidirlər. Məşqlərə başlayan Rövlan Muradovun meydana çıxıb-çıxmayacağına isə oyun günü qərar veriləcək".

Qeyd edək ki, "Zirə" - "Şamaxı" qarşılaşması sentyabrın 19-da keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Nihat

Chosen
30
1
fanat.az

2Sources