EN

Bu, protokol xətası idi Ekspert

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu hadisə sadəcə protokol xətasıdır, onun tərtib edənlərin yanlışlığının nəticəsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Londona səfərə gələn ABŞ prezidenti Donald Trampın qarşılanma mərasimi zamanı qaravulun yanından keçərkən Böyük Britaniya kralı III Çarlzla yanaşı getmək əvəzinə, onu arxada qoyub, qaravul rəisilə söhbət edə-edə hərəkət etməsi hadisəsini şərh edərkən deyib.

"Böyük Britaniyaya bu ölkəyə səfərə gələn ABŞ prezidenti Donald Trampı möhtəşəm şəkildə qarşıladı. Onun şərəfinə böyük məclis təşkil edildi. Tramp özü belə bu səfəri çoxdan gözləyirdi. Dəfələrlə çıxışlarında bu səfərə böyük önəm verdiyini bildirmişdi", deyə ekspert bildirib.

Politoloq deyir ki, Trampın Böyük Britaniya kral ailəsilə dostluğu həm onun nüfuzunun artması, həm də Londonla Vaşinqton arasında münasibətlərin inkişafına müsbət mənada ciddi təsir göstərəcək:

"Bu səfər çərçivəsində maraqlı məqamlardan biri də odur ki, Trampın səfəri zamanı qaravulun qarşısından keçərkən kralla yanaşı deyil, ondan bir qədər irəli gedərək, qaravulun rəhbərilə söhbətləşməsi dünya mətbuatının diqqət mərkəzinə düşüb. Bəzi mətbu orqanlar tələm-tələsik Trampın bu hərəkətini onun krala qarşı hörmətsizliyi, sayğısızlığı kimi qiymətləndirib".

Həmsöhbətimizin fikrincə, Tramp bunu bilərəkdən, məqsədyönlü şəkildə etməyib. Bu, sadəcə protokol xətası ola bilər:

"Düşünürəm ki, protokolun tərtib edilməsi və onun həyata keçirilməsinə məsul olan şəxslər bir qədər yanlışlığa yol veriblər. Tramp Böyük Britaniya kralına böyük hörmət bəsləyir. Ona görə də Tramp tərəfindən bilərəkdən belə bir hərəkətin edilməsi mümkün deyildi. Dediyim kimi, bu, sadəcə protokol səhvidir. Yəqin ki, Tramp yaxın zamanlarda sosial şəbəkəsində bu barədə məlumat verəcək. Düşünürəm ki, baş verən hadisəyə görə məsələnin bu şəkildə qoyuluşu Trampı və Londonla Vaşinqton arasındakı münasibətləri mövcud səviyyədə görmək istəməyənlərin hadisədən öz maraqları naminə "bəhrələnmək" niyyətindən qaynaqlanır. Bununla onlar Trampla Böyük Britaniya kralı arasındakı münasibətlərə soyuqluq gətirməyə çalışıblar".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Böyük Britaniyada səfərdədir. Onun səfərinin ilk günü maraqlı süjetlə yadda qalıb. Belə ki, Tramp qarşılanma mərasimi zamanı qaravulun qarşısından Britaniya kralı ilə birlikdə yanaşı keçmək əvəzinə, qaravul rəisilə söhbət edə-edə irəlidə gerib. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
qaynarinfo.az

1Sources