BAKI, 18 sentyabr. TELEQRAF
2024-cü ildə Azərbaycanda 7,561 milyard kubmetr qaz istehlak olunub.
Teleqraf Dövlət Neft Şirkətinin (SOCAR) ötən il üzrə hesabatına istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə ötən il qaz istehlakında 1,31% azalma olub.
Məlumata görə, 2024-cü ildə Bakı şəhərində 4,016 milyard kubmetr, regionlarda isə 3,645 milyard kubmetr qaz istehlak edilib. Paytaxt üzrə qaz istehlakı 14.61% artıb, regionlar üzrə isə 10.16% azalıb.