EN

Milli Məclisdə Heydər Əliyev irsinə həsr olunan ictimai dinləmə keçiriləcək

Milli Məclisdə "Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi" mövzusunda ictimai dinləmə keçiriləcək.

Adalet.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin Gənclər və İdman komitəsinin 2025-ci il payız sessiyası üzrə İş planına daxil edilib.

İş planında, həmçinin, "Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclər və idman siyasətinin banisi kimi" mövzusunda regionlarda gənclərlə görüş də nəzərdə tutulub.

Chosen
42
2
adalet.az

3Sources