Atamın vəziyyəti öncəki günlərə nisbətən daha yaxşıdır.
Bu sözləri Kult.az-a açıqlamasında şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib.
“Atamın huşu yerində deyil, amma irəliləyiş var. Hazırda başqa proeseslər getdiyi üçün səhhəti ilə bağlı ətraflı məlumat verə bilmirik”, - deyə o bildirib.
Qeyd edək ki, Əlisəmid Kür qaraciyərində yaranmış problemlə əlaqədar 15 sentyabrda Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.