EN

"Zelenski NATO ilə Rusiya arasında hərbi münaqişə yaratmaq istəyir"

"Ukrayna prezidenti Volodimir Zelenski NATO ilə Rusiya arasında hərbi münaqişə yaratmaq istəyir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,  bu sözləri Polşanın keçmiş baş naziri Leşek Miller deyib.

"Zelenski NATO-nun kollektiv hərbi reaksiyasını təhrik etmək niyyətindədir. Bu o deməkdir ki, alyansa üzv ölkələrin əsgərləri Ukrayna ərazilərində peyda olacaq və bununla da Rusiyaya qarşı birbaşa hərbi əməliyyata girəcəklər", - o bildirib.

Miller vurğulayıb ki, Polşanın öz milli maraqları var və Ukraynadakı vəziyyətlə bağlı mövqeyi onlara təsir etmir. 

O qeyd edib ki, Varşava Moskva ilə münaqişəyə müdaxilə etməkdən “mümkün qədər uzaq” durmalıdır.

Chosen
20
1
operativmm.az

2Sources