EN

Suraxanıda Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

27 sentyabr - Anım Günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bülbülə qəsəbəsi, 32-ci Bülbülə küçəsində ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 500 ədəd Eldar şamı, Çinar ağacları və Oleandr bitkisi əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
2
qafqazinfo.az

3Sources