EN

AYNA-nın problemləri həll etməyə marağı yoxdur — AÇIQLAMA

İctimai nəqliyyatda problemlər var. AYNA-nın potensialı, gücü çatmır ki, bunları həll etsin”.


Bunu Demokrat.az-a açıqlamasında 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib. 

O bildirib ki, sürücülər hər gün bu problemlərlə üzləşirlər:

“Narazılıq çox böyükdür, xüsusən Bakıda. Nazirlik özü səylər göstərir ki, Bakının intellektual idarəetmə sistemində yeniliklər etsin. Bununla əlaqədar illər öncə dövlət tərəfindən milyonlar ayrılmışdı ki, intellektual idarəetməyə keçək. Bununla bağlı bir çox dəyişikliklər oldu, müsbət cəhətlər də oldu, amma problemlər həll olunmayıb.

Bu, AYNA-nın işinin sadəcə bir tərəfidir. 

Digər tərəflərində də problemlər var. Hesab edirəm ki, nazirlik tezliklə bir qərar verib bu problemi həll edəcək. Pərdəarxasında hansı proseslər gedir, bilmirəm, amma bu problemlər iqtisadiyyatımıza çox ziyan vurur, ekoloji ziyanları da çoxdur. Bunların hamısı nəzərə alınmalı və sürətli qərarlar verilməlidir. Qlobal qərarlar lazımdır, necə olacaq, bunu artıq biz nazirlikdən gözləməliyik. Çünki AYNA-nın özünün buna gücü çatmır, yaxud da marağı yoxdur bu vəziyyəti dəyişməyə”.
Chosen
5
3
yenilik.az

4Sources