Türkiyəyə tədarük edilən Rusiyanın S-400 zenit-raket kompleksləri ordunun xidmətində qalır və onlarla bağlı mövqedə heç bir dəyişiklik olmayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi jurnalistlərə açıqlamasında deyib.
“S-400 hava hücumundan müdafiə sistemləri hələ də silahlı qüvvələrimizdə xidmətdədir. S-400 ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır”, - nazirlik rəsmisi vurğulayıb.
Qeyd edək ki, Rusiyanın 2019-cu ildə Ankaraya satdığı S-400 zenit-raket komplekslərini Türkiyədən alıb, başqa ölkəyə satmaq istədiyi barədə məlumat yayılmışdı.