EN

Azərbaycan qoşunlarının Zəngəzurdan keçməsi üçün... Paşinyan

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dəfələrlə demişəm ki, təfərrüatlarla bağlı razılaşmamız yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinq zamanı Azərbaycanın Zəngəzur dəhlizi ilə Naxçıvana silah-sursat daşıya biləcəyi ilə bağlı suala cavabında deyib.

“Özümüzə sual verməliyik: biz silahlarımızın, qoşunlarımızın Naxçıvandan keçməsini istəyirikmi? Silahları Naxçıvan ərazisindən Mehriyə və əksinə daşımaq istədiyimizə qərar verəndə belə bir mövzuda danışıqlara başlayacağıq. Əgər biz dəmir yolu ilə Naxçıvan ərazisindən Sünikə silah daşımaq və geri qaytarmaq istəmədiyimizi qərara alsaq, müvafiq qətnamə qəbul edəcəyik”, – Paşinyan bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
globalinfo.az

1Sources