EN

Evə kişi geyimində girib 45 min oğurladı - FOTO

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda evdən külli miqdarda pul oğurlanıb.

Milli.Az Naxçıvan DİN-ə istinadən xəbər verir ki, rayonda yerləşən evlərin birindən 45 000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
30
11
milli.az

10Sources