EN

Ukrayna və Polşa razılaşdı: Birgə əməliyyat qrupu...

Ukrayna və Polşa PUA sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılması barədə razılığa gəlib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal deyib.

"Bu gün bir sıra mühüm addımlar barədə razılığa gəldik. Bu, Ukrayna və Polşa silahlı qüvvələrinin nümayəndələrinin daxil olacağı PUA sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılmasıdır", - o bildirib.

Şmıqal qeyd edib ki, bu qrup birgə təşəbbüslərin əlaqələndirilməsi və inkişafı platformasına çevriləcək:

"Biz ən son təhlükəsizlik texnologiyalarını inteqrasiya edəcəyik, insanlarımızın və mühüm infrastrukturumuzun mühafizəsini gücləndirəcək yeni layihələrə başlayacağıq".

Chosen
4
1
axar.az

2Sources