EN

Bu gün ilin ən böyük asteroidlərindən biri Yer kürəsinin yanından keçəcək

2025 FA22 Yer kürəsinin yanından təhlükəsiz məsafədə keçəcək. NASA-nın məlumatına görə, obyekt planetimizdən təxminən 842 min km uzaqlıqda olacaq ki, bu da Aya olan məsafədən iki dəfədən çoxdur.

QHT.az xəbər verir ki, Diametri 120–280 metr olan asteroid 29 mart 2025-ci ildə Pan-STARRS 2 teleskopu ilə aşkarlanıb. Çelyabinsk meteoritindən 1000 dəfə böyük olsa da, alimlər toqquşma riskini “sıfır” hesab edirlər. Asteroidin uçuş sürəti saatda 38.600 km-dir. Hadisə Avropa və Afrikadan kiçik teleskoplarla müşahidə oluna biləcək və canlı yayım Virtual Teleskop Layihəsi vasitəsilə təqdim ediləcək.

Mütəxəssislər bu nadir müşahidənin elm üçün böyük imkanlar yaratdığını bildirirlər.

 

R.İmanov

Chosen
67
qht.az

1Sources