EN

100 illik tərəfdaşlıq: Zelenski nəhayət razılaşdı

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsi ilə Böyük Britaniya və Şimali İrlandiya arasında 100 illik tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə "Avropa həqiqətləri" nəşri məlumat yayıb.

Bildirilir ki, sənəd təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəni əlaqələri əhatə edən ikitərəfli əməkdaşlıq üçün yeni uzunmüddətli çərçivə yaradır.

Qeyd edək ki, sentyabrın 17-də Ali Rada onun ratifikasiyasına səs verib.

Yanvarın 16-da Ukrayna və Böyük Britaniya təhlükəsizlik əlaqələrini dərinləşdirmək və gələcək nəsillər üçün tərəfdaşlıq münasibətlərini gücləndirmək məqsədilə yüzillik tarixi tərəfdaşlıq sazişi imzalayıb.

Chosen
53
1
publika.az

2Sources