EN

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Paşinyan

Ermənistan hökumətinin bugünkü iclasından sonra Baş nazir Nikol Paşinyan keçirdiyi brifinqdə jurnalist ondan soruşub: “Əgər delimitasiya və demarkasiya aparılmayıbsa, nə üçün Gorus-Qafan yolunun bir hissəsi şifahi qərarla Azərbaycana təhvil verilib?”.

Sitat.info  xəbər verir ki, o, bu qərarı düzgün hesab etdiyini bildirib.

“Silahlı Qüvvələrimizi gətirdik və onları beynəlxalq səviyyədə tanınmış sərhədimiz boyunca yerləşdirdik. Bəli, bunu demarkasiya olmadan etdik və düzgün etdik”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, söhbət sözügedən yolun Azərbaycanın suveren ərazisindən keçən hissəsindən gedir. Yol 44 günlük müharibədən dərhal sonra Azərbaycanın nəzarətinə qaytarılmışdı.

Chosen
20
6
sitat.info

7Sources