EN

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sahibkarlara 8,4 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib

Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə dəstəklənməsi regionlarda məşğulluğun artmasına və yerli istehsalın genişlənməsinə mühüm töhfə verir.

2025-ci ilin yanvar–avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 106 layihəyə ümumilikdə 8 milyon 405 min 500 manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 868 min 500 manat və ya 3,3 dəfə çoxdur.

Bu dəstək nəticəsində 92 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Naxçıvanda güzəştli kredit məbləğinin 94 faizi regionların payına düşüb

2025-ci ilin ilk səkkiz ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən güzəştli kredit məbləğinin 94 faizi regionda yaşayan sahibkarların payına düşüb.

Cari ilin eyni dövründə Fond tərəfindən maliyyələşdirilmiş 8,4 milyon manat güzəştli kreditin 10 faizini kiçik, 30 faizini orta, 60 faizini isə böyük həcmli kreditlər təşkil edib.

Güzəştli kreditlər iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilir

2025-ci ilin yanvar–avqust aylarında Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib. Bu dövrdə maliyyələşdirilən kreditlərin 66 faizi sənaye, 22 faizi kənd təsərrüfatı, 12 faizi isə xidmət sahəsində həyata keçirilən layihələrə yönəldilib.

Beləliklə, güzəştli maliyyə dəstəyi sahibkarlığın genişlənməsinə, yeni imkanların yaradılmasına və region iqtisadiyyatının inkişafına xidmət edir.

Chosen
11
marja.az

1Sources