EN

Türk İnvestisiya Fondunun fəaliyyətini hökumət başçıları səviyyəsində daha da fəallaşdırmaq vacibdir - Japarov

Bişkek. Trend:

Türk İnvestisiya Fondunun fəaliyyətini hökumət başçılarısəviyyəsində daha da fəallaşdırmaq vacibdir.

TrendQırğızıstanın prezident administrasiyasına istinadən xəbər verirki, bunu Qırğızıstanın prezident Sadır Japarov Türk DövlətləriTəşkilatına üzv dövlətlərin hökumət başçıları vəvitse-prezidentlərinin görüşündə bildirib.

Japarov türk dövlətləri arasında ticarət-iqtisadi əlaqələrinaktiv şəkildə inkişaf etdiyini vurğulayıb. O, Türk İnvestisiyaFondunun iqtisadi inteqrasiyanın əsas aləti kimi əhəmiyyətiniayrıca qeyd edib.

“Əgər biz Təşkilatımızın inkişafını davam etdirmək istəyiriksə,real nəticələr verəcək konkret addımlar atılmalıdır. Siyasi iradəvə dəstək ilə möhkəmləndirilmiş praktiki tədbirlər Təşkilatımızınbeynəlxalq arenada mövqelərinin daha da güclənməsinə və nüfuzununartmasına xidmət edəcək”, - deyə Japarov bildirib.

Prezident bir çox iqtisadi, infrastruktur və humanitarməsələlərin hökumət başçıları səviyyəsində uğurla çözülə biləcəyinəəminlik ifadə edib.

Öz növbəsində nümayəndə heyətlərinin rəhbərləri Qırğızıstantərəfinin bu görüşü dövlət başçıları tərəfindən müəyyənləşdirilmişvəzifələrin icrası üçün vacib platforma kimi təşəbbüsünü yüksəkqiymətləndiriblər.

Görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov,Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, QırğızıstanNazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, TürkiyəRespublikasının vitse-prezidenti Cevdet Yılmaz, ÖzbəkistanRespublikasının Baş naziri Abdulla Aripov, həmçinin TDT-nin Başkatibi Kubanıçbek Ömuralıyev iştirak ediblər.

Chosen
4
az.trend.az

1Sources