EN

İlin ilk 8 ayında 5,9 ton narkotik vasitə müsadirə edib

2025-ci ilin səkkiz ayında Azərbaycanda narkotik cinayətkarlığına qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ton 992 kiloqram narkotik və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Ümumilikdə, 8 ay ərzində 5.874 cinayət faktı aşkarlanıb. 

3.890 hal – narkotiklərin qanunsuz əldə olunması və saxlanması, 1.818 hal – qanunsuz satış, 164 hal – narkotik tərkibli bitkilərin becərilməsi,2 hal – digər əlaqəli cinayətlər.

Müsadirə edilən maddələrin əsas payı:

Marixuana – 5.306 kq, heroin – 251 kq,tiryək – 120 kq,həşiş – 61 kq, digər narkotik vasitələr – 150 kq, psixotrop maddələr – 104 kq

Dövriyyədən 5.183 ədəd metadon, 16.363 ədəd çətənə bitkisi, 588 qram, 95 həb və 39 kapsul güclü təsir edən maddə müsadirə olunub.

Komissiyanın açıqlamasında qeyd olunur ki, əməliyyatlar ölkə üzrə geniş miqyasda aparılıb və narkotik vasitələrin yayılmasının qarşısının alınması üçün kompleks tədbirlər davam etdirilir. Hüquq-mühafizə orqanları bu istiqamətdə həm əməliyyat, həm də profilaktik tədbirlərin gücləndirildiyini bildirir.

Gülnar  

Chosen
29
anews.az

1Sources