EN

"Mercedes"in pilotu Azərbaycan Qran-Prisini buraxacaq?

"Mercedes" pilotu Corc Rassell xəstəlik səbəbindən Azərbaycan Qran-prisinin media gününü buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə "The Silver Arrows" məlumat yayıb.

27 yaşlı britaniyalı sürücü bu gün Bakıda keçiriləcək jurnalistlərlə ənənəvi görüşdə iştirak etməli idi. Lakin səhhəti ilə bağlı problemlər səbəbindən trasda olmayacaq.

Komandanın açıqlamasında deyilir: "Təəssüf ki, Corc bu gün trasda olmayacaq, çünki özünü yaxşı hiss etmir və sabahkı yarışlara qədər dincəlir".

Əgər Rassellin vəziyyəti yaxşılaşmasa, onun yerini ehtiyat pilot Valtteri Bottas tutacaq.

Chosen
15
publika.az

1Sources