Böyük Britaniyada Rusiya üçün casusluq etməkdə ittiham olunan 3 nəfər tutulub.
APA Britaniya polisinə istinadən xəbər verir ki, Londonun şimal-şərq hissəsində xarici kəşfiyyat üçün işləməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.
Sözügedən şəxslər 41 və 46 yaşlarında iki kişi və 35 yaşlı bir xanımdır.
“Milli Təhlükəsizliyin qorunması ilə bağlı apardığımız fəaliyyət nəticəsində məlum olur ki, xarici kəşfiyyat xidmətlərinin proksisi adlandıra biləcəyimiz şəxslərin sayında artım var”,- London polisinin kontur-terrorizm komandanlığından bildirilib.
Polis saxlanılan üç nəfəri araşdırmalar bitənə qədər müvəqqəti azadlığa buraxıb.