EN

Çempionlar Liqası: Azərbaycanın minifutbol komandası İspaniya klubunu məğlub edib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Aznur” komandası növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, G qrupunda yer alan kollektiv İspaniyanın “Ovyedo” klubu ilə qarşılaşıb. Görüş təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəcəb Fərəczadənin başçılıq etdiyi komanda ötən gün "Hoverla Zak Praqa" (Çexiya) ilə heç-heçə edib – 1:1.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
6
azertag.az

7Sources