Sabah İmişli rayonunun 4 kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Publika.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, diametri 200 mm-lik PE "Qaraqaşlı kənd" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı aparılacaq.