EN

“Formula-1 Azərbaycan Qran-prisi 2025”in ilk mətbuat konfransı keçirildi

“Formula-1
"Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025" öncəsi ilk mətbuat konfransı bu gün baş tutub. Sürücülər komanda strategiyaları, Bakı şəhər trasının özünəməxsus xüsusiyyətləri və yarışdan gözləntiləri barədə fikirlərini bölüşüblər. 1news.az xəbər verir ki, "McLaren" sürücüsü Oskar Piastri komanda daxilində aparılan müzakirələrin önəmini vurğulayıb:
"Komandanın qərarlarına hörmət edirəm və bütün güvənim onlardadır. Mənim əsas diqqətim öz performansımı yaxşılaşdırmaqdır". Sürücülər, həmçinin, Bakı şəhər trasının uzun düzlükləri, kəskin əyləc zonaları və rəqabətli ötüşmə imkanları ilə unikal olduğunu qeyd ediblər.

Konfrans mövsümün qalan yarışlarında mümkün çempionluq mübarizəsi və gələcəkdə sprint yarışlarının formatı ilə bağlı suallarla yekunlaşıb.

Chosen
28
4
1news.az

5Sources