“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi avtoşin alır.
Pravda.az-ın xəbərinə görə, satışı “R.A.F.-Avto” MMC həyata keçirəcək.
Ümumilikdə şinlərə 300 003 AZN xərclənəcək.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.