ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Sərhədlərin açılması ilə bağlı danışıqlar aparılır”.
Bakupost.az “ Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Ərdəbilə səfəri zamanı deyib.

Səfir bildirib ki, ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd keçid məntəqələrinin yenidən açılması və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını deyib:
“Sərhəd nəqliyyatı və rahat keçid şəraiti hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması, gediş-gəlişin asanlaşdırılması İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq”.
Aysel,
BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.