EN

Britaniyada Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Bakı.Trend:

Böyük Britaniyada üç nəfər Rusiyanın kəşfiyyat orqanlarınayardım etməkdə şübhəli bilinərək saxlanılıb.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə Skotland-Yardınaçıqlamasında qeyd olunur.

Məlumata görə, 41 yaşlı kişi və 35 yaşlı qadın Esseksqraflığının Qreys şəhərində, yaşadıqları ünvanda, 46 yaşlı başqabir kişi isə Qreysdə fərqli ünvanda saxlanılıb.

Onların hər üçü 2023-cü il Milli Təhlükəsizlik Aktının 3-cümaddəsini pozaraq Rusiyanın xüsusi xidmət orqanlarına yardımgöstərməkdə şübhəli bilinir və dindirilmələri məqsədilə Londondakıpolis şöbəsinə aparılıblar.

Chosen
6
az.trend.az

1Sources