BAKI, 18 sentyabr. TELEQRAF
Pakistan 2026-cı ildə təşkilatın illik sammiti zamanı BRİKS-ə qoşula bilər.
Teleqraf xəbər verir ki, bu barədə ekspert və diplomatik mənbələrə istinadla “Business Recorder” qəzeti yazıb.
Nəşr bildirib ki, Hindistan əvvəllər Pakistanın BRİKS-ə qoşulmasına qarşı çıxıb. Amma Çin, Rusiya və qrupun digər üzvlərinin artan diplomatik-siyasi dəstəyi Pakistanın müraciətinin təsdiqlənmə şansını artırır.