EN

ABŞ hindistanlı iş adamlarının vizalarını ləğv edib

Birləşmiş Ştatlar Hindistanın bir neçə şirkət rəhbərinin narkotik alverində iştirak etdiklərinə görə vizalarını ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-nin Yeni Dehlidəki səfirliyi məlumat yayıb.

“ABŞ-a fentanil və onun prekursorlarının tədarükünü dayandırmaq bizim əsas prioritetlərimizdən biridir.

Biz bu rəhbər şəxslərin və onların ailə üzvlərinin fentanil də daxil olmaqla nəzarət edilən maddələrin alverində iştirak etdiklərinə görə vizalarını ləğv etmişik”, – səfirlikdən bildiriblər.

Səfirlik “qanunsuz narkotik vasitələrin tədarükünü asanlaşdıranların ABŞ-a girişinə icazə verilməyəcəyini” vurğulayıb.

Chosen
30
ucnoqta.az

1Sources