EN

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Aktual.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilib ki, Türk Silahlı Qüvvələri beynəlxalq missiyalar və ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə regional və qlobal təhlükəsizlik və sabitliyə mühüm töhfə verməyə davam edir:

"Bu münasibətlə Azərbaycan türkü qardaşlarımızın 20 Sentyabr - Suverenlik Gününü indidən təbrik edir, "iki dövlət, bir millət" anlayışı ilə bir və bərabər olmağa davam edəcəyimizi bir daha vurğulayırıq".

Qeyd edək ki, Azərbaycanda sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür.

Chosen
60
11
ulusum.az

10Sources