Çempionlar Liqasının rəsmi səhifəsi “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin etdiyi qol ötürməsini paylaşıb.
Sportinfo.az xəbər verir ki, monteneqrolu legionerin “Benfika”ya 3:2 qalib gəldikləri matçda Kamilo Duranın vurduğu qolda etdiyi ideal pas “ən yaxşılar”
siyahısında yer alıb. Bu pas 49-cu dəqiqədə tablodakı rəqəmləri bərabələşdirib. 86-cı dəqiqədə isə Aleksey Kaşuk qonalara 3 xal gətirən həlledici qola imza atıb.