EN

Formula 1 Azərbaycan Qran Prisi 2025-in ilk mətbuat konfransı keçirildi

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 öncəsi ilk mətbuat konfransı bu gün baş tutdu. Sürücülər komanda strategiyaları, Bakı şəhər trasının özünəməxsus xüsusiyyətləri və yarışdan gözləntiləri barədə fikirlərini bölüşdülər.

McLaren sürücüsü Oskar Piastri komanda daxilində aparılan müzakirələrin önəmini vurğulayaraq, "Komandanın qərarlarına hörmət edirəm və bütün güvənim onlardadır. Mənim əsas diqqətim öz performansımı yaxşılaşdırmaqdır" dedi.

Sürücülər, həmçinin, Bakı şəhər trasının uzun düzlükləri, kəskin əyləc zonaları və rəqabətli ötüşmə imkanları ilə unikal olduğunu qeyd etdilər.

Konfrans mövsümün qalan yarışlarında mümkün çempionluq mübarizəsi və gələcəkdə sprint yarışlarının formatı ilə bağlı suallarla yekunlaşdı.

Chosen
4
4
gundem.az

5Sources