EN

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib (FOTO)

Bakı. Trend:

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının2013-cü il 22 noyabr tarixli Qanununa, bu Qanunun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixliFərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cüil 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranınvətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dairƏsasnamə”yə uyğun olaraq 17 sentyabr 2025-ci il tarixindəQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsiyanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçkikeçirilib.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsi sədrinin 15 aprel 2025-ci il tarixli əmriəsasında seçki komissiyası yaradılıb. Dövlət Komitəsinümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzvolmaqla 9 nəfərdən ibarət Seçki komissiyası seçkiləri təşkiledib.

16 namizədin sənədləri rəsmi qeydiyyata alınıb. Seçki prosesininsonunda səslər komissiya üzvləri tərəfindən hesablanıb. Seçkilərinşəffaflığını təmin etmək məqsədi ilə şəffaf seçki qutuları qoyulub.Seçkilərin nəticəsinə əsasən, aşağıdakı şəxslər İctimai Şuranınyeni üzvləri seçiliblər:

1.“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri –Anar Xəlilov

2."Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyininsədri – Hafiz Səfixanov

3.Qərbi Azərbaycan İcmasının təşəbbüs qrupundan namizəd – Rufikİsmayılov

4.Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd –Babək Aslanov

5.Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüsqrupundan namizəd – Səbuhi Hüseynov

6.Xankəndi şəhəri məcburi köçkünlərin təşəbbüs qrupu tərəfindənnamizəd,

hüquqşünas – Səbuhi Səmədov

7.“Türküstan” Media Qrupunun rəhbəri – Aqil Camal

8.Odlar Yurdu İctimai Birliyinin sədri – Həcər Əkbərova

9.Ağdərə rayonundan məcburi köçkünlərin təşəbbüs qrupununnamizədi,

Azərbaycan Dillər Universitetinin müəllimi – QorxmazMustafayev

10.Regional Gender Mərkəzi İctimai Birliyinin sədri – ŞərqiyyəDadaşova

11."Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi – FəridəCabbarova

Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Dövlət
Chosen
9
15
az.trend.az

10Sources