EN

Rusiya XİN-dən Ermənistanla bağlı AÇIQLAMA

İrəvanın Avropa İttifaqı ilə bağlı bəyanatları hələlik siyasi xarakter daşıyır və Avrasiya İqtisadi İttifaqı (Aİİ) öhdəliklərinə zidd heç bir praktik addım qeydə alınmayıb.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan TASS-a açıqlamasında bildirib.

O vurğulayıb ki, Ermənistan Aİİ-də konstruktiv əməkdaşlığı davam etdirir və ittifaqdan fayda görür.

Ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir.

KTMT məsələsinə gəldikdə isə, Ermənistan hələ də təşkilatın üzvüdür, lakin tədbirlərdə iştirak formatını ölkə özü müəyyənləşdirir.

Rəsmi mövqe dəyişməz olaraq qalır və iştirak dondurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
1
olaylar.az

2Sources