EN

Bu məhsullar gömrükdən buraxılmadı – Türkiyədən gözlənilməz qadağa!

Türkiyə bir sıra məhsulları ölkəyə buraxmayıb.

Yenisabah.az xəbər verir ki, Bolqarıstan sərhədində aparılan yoxlamalar zamanı Türkiyədən ixrac olunan təzə bibərlərdə icazə verilən normadan 150 dəfə çox formetanat qalığı aşkarlanıb. Nəticədə məhsullar geri qaytarılıb.

Mütəxəssislər bildirirlər ki, pestisid qalığının yüksək olması həm əhalinin sağlamlığına ciddi təhlükə yaradır, həm də Türkiyənin ixrac göstəricilərinə mənfi təsir göstərir. Bu cür hallar Avropa bazarında etibarsızlıq yaradaraq ölkənin ixracat imkanlarını daraldır. Dördpendirli pizza

Pestisid probleminin əsas mənbəyi kimi meyvə-tərəvəz istehsalçılarının məsuliyyətsiz yanaşması göstərilir. Türkiyənin müxtəlif sərhədlərində də oxşar hadisələrin baş verdiyi, bu səbəbdən məhsulların geri qaytarıldığı qeyd olunur.

İqtisadçılar xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, Türkiyə ixrac bazarında mövqelərini itirə bilər.

İstehlakçılar isə bu vəziyyətin ölkə daxilində satışa çıxarılan məhsulların təhlükəsizliyi ilə bağlı suallar doğurduğunu vurğulayırlar.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
11
3
yenisabah.az

4Sources