EN

AB komissarı Ağdamda minatəmizləmə prosesini izlədi - Video

Avropa Birliyi (AB) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdamda minatəmizləmə prosesini müşahidə edib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Marta Kos bu gün Ağdama səfəri çərçivəsində rayonun işğaldan azad edilmiş Sarıcalı kəndində olub.

Qonaqlar burada minalanmış ərazilərə baxış keçirib, ANAMA-nın minatəmizləmə əməliyyatlarını müşahidə edib.

AB komissarına Ermənistanın işğal müddətində Azərbaycan ərazilərində külli miqdarda mina basdırdığı barədə məlumat verilib.

Bildirilib ki, ərazilər işğaldan azad olunandan sonra minatəmizləmə əməliyyatlarına başlanılıb, indiyədək xeyli ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Vətən müharibəsindən sonra yüzlərlə insanın Ermənistanın işğal zamanı basdırdığı minaların qurbanı olduğu da AB komissarının diqqətinə çatdırılıb.

Daha sonra Marta Kos minaların partladılaraq zərərsizləşdirilməsi prosesini müşahidə edib.

Chosen
8
8
axar.az

10Sources