EN

Ukrayna tərəfinə 1000 nəfərin cəsədi təhvil verilib

18 sentyabrda Ukraynaya Rusiya tərəfinin məlumatına görə, Ukrayna hərbçilərinə məxsus ola biləcək 1000 cəsəd repatriasiya edilib.

Editor.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi əsirlər üzrə Koordinasiya Qərargahı (KŞPPV) məlumat yayıb.

Qərargahın açıqlamasında qeyd olunur ki, yaxın günlərdə hüquq-mühafizə orqanlarının müstəntiqləri və Daxili İşlər Nazirliyinin ekspert qurumları tərəfindən müvafiq ekspertizalar aparılacaq və cəsədlərin şəxsiyyəti müəyyən ediləcək.

//Samir Qurbanov, Editor.az

Chosen
7
editor.az

1Sources