EN

Kolbasa və pendirli sendviçlər sağlamlığa zərərli ola bilər - EHTİYYATLI OLUN

Alimlər bildirirlər ki, kolbasa və pendirli sendviçlər tez-tez istehlak edildikdə piylənmə və xərçəng riskini artıra bilər.

E-saglam.az xəbər verir ki, alimlər kolbasa və pendirli sendviçləri səhər yeməyi üçün zərərli hesab edirlər; onların tez-tez istehlakı piylənmə və onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu barədə «Abzas» nəşrinə endokrinoloq və dietoloq Anton Polyakov məlumat verib.

Mütəxəssis sağlam alternativ kimi evdə hazırlanan sendviçi tövsiyə edib: qaynadılmış mal əti dili, pomidor və ya xiyar, tam buğda çörəyi və ya çörək dilimləri ilə. Belə sendviç daha faydalı, az kalorili və doyurucu olur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, kolbasa və konservlər yüksək duz, şəkər, sirkə və digər zərərli əlavələr səbəbindən sağlamlıq üçün təhlükəlidir. VÖT-nin “qara siyahısı”na həmçinin spirtli içkilər, aşağı kalorili və yağsız məhsullar, şirin qazlı içkilər və şirələr, şokolad batonları, konfetlər, popkorn, mayonez və ketçup, sürətli bişirilən makaron, burger və hot-doglar, cips və kartof fri daxildir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
26
e-saglam.az

1Sources