EN

Təsadüf, yoxsa mesaj? Melaniya Tramp və kraliçanın geyimlərində maraqlı detal (FOTO)

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın Böyük Britaniyaya dövlət səfəri çərçivəsində 17 sentyabrda Vindzor qalasında rəsmi qəbul keçirilib. 

Qaynarinfo xəbər verir ki, ədbirdə kral III Çarlz, kraliça Kamilla, şahzadə Uilyam və xanımı, şahzadə Ketrin Middleton da iştirak edib. Günün əsas məqamı isə Müqəddəs Georgi zalında təşkil olunan təmtəraqlı ziyafət olub.

Şahzadə Keyt və kraliça Kamillanın seçimi

"Business Insider"in məlumatına görə, şahzadə Keyt "Phillipa Lepley" brendinə məxsus krem rəngli, qızılı naxışlı zərif ipək libas seçib. Uzunqol, yüksək yaxalıqlı klassik paltar zəriflik qatıb. Görünüşü mavi orden lenti, mirvari çanta və vaxtilə kraliça Meriyə məxsus olmuş məşhur "Cambridge Lover's Knot" diademi tamamlayıb.

Kraliça Kamilla isə dərin göy rəngdə gecə libası ilə diqqət çəkib. Onun geyimini mirvari və brilyant zinət əşyaları tamamlayıb.

Melaniya Trampın parlaq imici

Melaniya Tramp isə açıq sarı rəngli, çiyinləri açıq və yüksək yarıqlı "Carolina Herrera” paltarı ilə fərqlənib. O, fiqurlu bənövşəyi kəmər və yaşıl sırğalarla görünüşünə qeyri-adi rəng çaları əlavə edib. Bu seçim, adətən daha klassik geyimlərə üstünlük verən sabiq birinci ledinin əvvəlki tərzindən xeyli fərqlənib.

Ukrayna bayrağına bənzətmə

Rəsmi qrup fotosunda diqqətçəkən detal isə Melaniya Trampın parlaq sarı paltarı ilə kraliça Kamillanın tünd göy libasının birlikdə Ukrayna bayrağının rənglərini xatırlatması olub. Bu, sosial şəbəkələrdə dərhal simvolik assosiasiya kimi müzakirə olunub.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
qaynarinfo.az

1Sources