Qaynarinfo saytına istinadən ain.az xəbər verir.
"Tərəflər druzlarla bağlı məsələdə eyni nəticəyə gələ bilərlər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Bakıda bu gün keçiriləcək İsrail-Suriya görüşünü şərh edərkən deyib.
Ekspert bildirib ki, danışıqlarda Türkiyənin mövqeyi mütləq nəzərə alınacaq:
"İsraillə Suriyanın razılığa gəlməsi üçün prosesdə Türkiyənin də rəyi nəzərə alınmalıdır. Çünki Suriya ilə İsrail druzlarla bağlı məsələ istisna olmaqla digər məsələlərə toxunacaqlarsa, onda Ankaranın rəyi nəzərə alınmadan heç bir iş görə bilməyəcəklər. Söhbət yalnız druzlardan gedərsə, yalnız bu halda tərəflər ola bilsin ki, hansısa vahid fikrə və yaxud nəticəyə gələ bilərlər. Onlar digər məsələləri də müzkirə edə bilərlər. Ancaq dediyim kimi, bu halda Türkiyənin mövqeyi mütləq nəzərə alınacaq".
Qeyd edÉ™k ki, sentyabrın 18-dÉ™ Bakıda İsrail vÉ™ Suriya nümayÉ™ndÉ™lÉ™rinin növbÉ™ti görüşü nÉ™zÉ™rdÉ™ tutulub. Sky news Arabianın mÉ™lumatına görÉ™ sayca üçüncü olacaq görüşdÉ™ tÉ™hlükÉ™sizlik mÉ™sÉ™lÉ™lÉ™ri müzakirÉ™ edilÉ™cÉ™k.Â
Rüfət Sultan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.