EN

Nə prokurorun, nə Oleq Bakinskinin şikayəti təmin edildi

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə məhkum edilmiş Kuçer Konstantin Antonoviçin şikayətləri, eyni zamanda prokurorun protesti üzrə məhkəmə baxışı yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi bir az əvvəl yekun qərarını açıqlayıb.

Oleq Bakinski və Kuçer Konstantin Antonoviç apellyasiya şikayətlərində bəraət istəyirdi. Prokuror isə O.Bakinski haqda hökmün dəyişdirilmədən saxlanılmasını, Kuçer Konstantin Antonoviçin isə xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə də cəzalandırılmasını tələb edirdi.

Amma məhkəmə tərəflərin heç birinin etirazını əsaslı hesab etməyib. Nəticədə şikayətlər təmin edilməyərək hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oleq Bakinskiyə şərti cəza, digərinə dələduzluq maddəsi ilə bəraət, xuliqanlığa görə 2 il 6 ay həbs cəzası verilib.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
2
qafqazinfo.az

3Sources