EN

Başqa yolu qalmadı, "Neftçi"dən getməyə tələsməlidir!

Kenan Piriçin "Neftçi"yə keçidi Rza Cəfərovu ehtiyat skamiyanın daimi sakininə çevirəcəyi şübhəsiz idi.

Amma Bosniya və Herseqovinadan olan kiper ilk oyunlarda uğursuz çıxışla yadda qaldı.

O, startdakı 3 turun hamısında kobud xətası ilə gündəmə gəldi. Hətta Priçin "Turan Tovuz"la görüşdə komandasını xaldan, "Şamaxı" ilə matçda isə qələbədən məhrum etdiyini demək olar.

Bu cür gedişat gənc həmyerlimizə hardasa ümid verirdi ki, bəlkə milli komandalara görə yaranmış fasilədən sonra səhnədə yer alsın.

Lakin "Sabah"la qarşılaşma göstərdi ki, Samir Abasovun belə bir planı yoxdur.

İnsafən, əcnəbi kiper də pis təsir bağışlamadı. İlk dəfə "ağ qaralar"ın dadına çatdı da deyə bilərik. Bir epizodda məhz onun əla seyvi qonaqların sevinməsinin önünə keçdi. Əks halda məğlubiyyət qaçınılmaz olacaqdı.

Bu cür gedişat göstərir ki, Cəfərov gələcəyi barədə ciddi-ciddi düşünməlidir.

Hə, Kenan zədələnə və cəzəlananda Rza yada düşəcək.

Buna isə belə bağlamaq ağılsızlıq olar.

Millimizin üzvü ehtiyatda qalmaqla nəyəsə nail olmayacaq. Olan-qalan formasını itirəcək.

Bildiyimiz qədər təklifləri var.

Həm ölkə xaricindən, həm də yerli klublardan.

Belədə çox düşünməyə dəyməz.

23 yaşlı futbolçu inkişaf etmək istəyirsə, davamlı forma şansı alacağı yerə getməlidir.

Vaxt itirmədən!

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
26
sportinfo.az

1Sources